Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Hazırda oxunan: Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

83326

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

*** 21.24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO