Samux sakinində narkotik aşkarlandı - FOTO

Samux sakinində narkotik aşkarlandı - FOTO

Hazırda oxunan: Samux sakinində narkotik aşkarlandı - FOTO

83313

Samux rayon sakinində narkotik aşkar olunub. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda şübhəli bilinən Azad Əsgərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib.

Saxlanılan şəxs  maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO