Gənclər və idman naziri Fərid Qayıbov Şuşada babası evini ziyarət edib.
Bizim.Media xəbər verir ki, nazir "facebook" hesabında bu haqda paylaşım edib.
Paylaşımda deyilir:
"Nəhayət ki, doğma torpaqlarımıza gedə bilirik. Şuşada babamın yaşadığı evdə".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Şuşada “Əziz Şuşa” beynəlxalq velosiped turniri keçirilib.
Bizim.Media