Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏT - VİDEO

Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏT - VİDEO

Hazırda oxunan: Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏT - VİDEO

83260

Vətəndaşlarımızın təhlükəsizliyinin, onların rahat istirahətinin təmin edilməsi daxili işlər orqanları əməkdaşlarının daim diqqət mərkəzindədir.

Bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in məlumatında bildirilib.

Qeyd edilib ki, bütün bunları nəzərə alaraq sürücü və vətəndaşları çimərliklərə gedən yollarda digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağa, polis əməkdaşlarının təhlükəsizlik məqsədi ilə gördüyü tədbirlərə, onların qanuni tələblərinə əməl etməyə çağırırq.
Bununla yanaşı vətəndaşlar qeyd edilən ərazilərdə qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı çimərliklərdə və ətraf ərazilərdə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO