Bakının bu küçəsində günün günorta vaxtı işıqlar YANIR - FOTO  

Bakının bu küçəsində günün günorta vaxtı işıqlar YANIR - FOTO  

Hazırda oxunan: Bakının bu küçəsində günün günorta vaxtı işıqlar YANIR - FOTO  

83246

Bakı şəhərinin küçə və prospektlərinin işıqlandırma sistemində problemlər var. Bəzi küçələrdə ehtiyac olduğu halda gecə saatlarında işıq sistemi işlək vəziyyətdə olmur. Bəzi ərazilərdə isə əksinə...  

Bizim.Media Bakının ətraf qəsəbələrindən birində sözügedən neqativlərdən birinin şahidi olub.

Üç gündür Xəzər rayonu Türkan qəsəbəsində günün günorta vaxtı işıq dirəklərində lampalar yanır. Günəşin ən parlaq işıq saçdığı saatlarda küçədəki işıqların yanması görənləri təəccübləndirib.
Maraqlıdır, rəsmi qurumlar dəfələrlə açıqlamalarında enerjiyə qənaət edilməsini tövsiyə etdikləri halda, özləri bu prinsipə niyə əməl etmirlər?

Küçə işıqlarının lazımsız zamanlarda yandırılmasının nə qədər çox itkiyə səbəb olduğunu anlamaq heç də çətin deyil. Magistral yolların hər tərəfində işıq dirəklərində hər biri 400 Vattlıq 2 ədəd lampadan istifadə olunur ki, bu kifayət qədər elektrik enerjisi deməkdir.

Əlavə enerji itkisindən başqa bu həm də ekoloji baxımdan zərərlidir. Ekoloqlar ehtiyac olmadığı halda küçə işıqlarının yandırılmasını məsləhət görmürlər. Çünki bu işıqlar ətrafa yüksək istilik verir.
Ümid edirik ki, aidiyyəti qurumlar əlavə enerji itkisini nəzərə alıb, sözügedən məsələdə daha diqqətli davranacaqlar.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO