Neftçalada QƏZA - yoldan çıxıb aşan maşının sürücüsü həyatını itirdi

Neftçalada QƏZA - yoldan çıxıb aşan maşının sürücüsü həyatını itirdi

Hazırda oxunan: Neftçalada QƏZA - yoldan çıxıb aşan maşının sürücüsü həyatını itirdi

83228

Neftçala rayonunun Qaravəlli yaşayış məntəqəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü Dördlər kənd sakini Əsədli Sərxan Rövşən oğlu idarə etdiyi 99 VT 941 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı hadisə yerinə gələn Təcili Tibbi Yardım heyəti tərəfindən Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO