Sahibi Rusiyada yaşayan evdə YANĞIN oldu

Sahibi Rusiyada yaşayan evdə YANĞIN oldu

Hazırda oxunan: Sahibi Rusiyada yaşayan evdə YANĞIN oldu

83185

Cəlilabad rayonunda yanğın olub.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. 

Belə ki, kənd sakininə məxsus ümumi sahəsi 30  kvadratmetr olan talvarda yanğın olub. 

Hadisə yerinə yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub və yanğın söndürülüb. Yanğın nəticəsində talvarın yanar konstruksiyaları 10 kvadratmetr sahədə və altına yığılan 1,2 ton ot bağlamasının 0,6 tonu yanıb. 
Məlumata görə, yanğına səbəb qonşunun ehtiyatsızlığı olub. Belə ki,  qonşu həyətindəki quru otu yandırıb və yanğın talvara keçib. 

Ev sahibi hazırda Rusiyada yaşadığından ev sahibsiz olub.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO