Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB

83177

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

*** 15:58

Bakıda 15 yaşlı yeniyetmə dənizdə batıb.

Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO