Həqiq qurbanlığı nədir?

Həqiq qurbanlığı nədir?

Hazırda oxunan: Həqiq qurbanlığı nədir?

83088

Qurban bayramı ilə bağlı İslam dünyasında mövcud olan vacib bir əmələ Zaqatala rayonunda uzun illərdir yaşadılır. 

Bizim.Media-nın hazırda Zaqatalada olan əməkdaşı məlumat verib ki, yeni doğulan uşağa yeddinci günü Həqiq qurbanlığı (Əqiq yazılır) kəsmək islamdan qalma sünnət bir əməldir.  

Rayonda yaşayan avar millətindən olan sakinlər də bu vacib əməli illərdir yaşadırlar. Onlar bu qurbanlığı Həqiq qurbanlığı adlandırırlar. 

Sakinlər bildirir ki, bu əməl Peyğəmbərdən qalan dini bir ayindir. Peyğəmbərin övladlarına Həqiq qurbanlığı kəsdiyi deyilir və bu barədə hədisdə də qeyd olunub.  

Həqiq qurbanlığı uşaq doğulduğu 7 günün tamamında kəsilir və heyvanın əti oynaqlarından ayrılaraq sümüyünə toxunulmur. Qurbanda və ya gündəlik halda kəsilən heyvanların sümükləri doğranılırsa, Həqiq qurbanlığında bu qadağandır. 

Kəsilən Həqiq qurbanının Qurbandan fərqi ondadır ki, bu ət insanlara bişirilərək paylanılır. İri bir qazanda bişirilərək kasıb insanlar üçün süfrəyə verilir. Həqiq qurbanlığı uşaqları xəta-bəladan qorumaq üçün kəsilir, 14 yaşınacan oğlan uşaqlarına 2, qız uşaqlarına isə 1 dəfə kəsilir.  
Yerli sakinlərdən Bizim.Media-nın əldə etdiyi məlumata görə, uşaqda hər hansı xəsarət və xəstəlik aşkar olunursa, dərhal onun Həqiq qurbanlığının kəsilib-kəsilmədiyi soruşulur. Bu sünmət əməlin bütün İslam dünyasında müsəlmanlar tərəfindən icra edildiyi bildirilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO