Asan yolla viza almaq üçün 5 QIZIL QAYDA  

Asan yolla viza almaq üçün 5 QIZIL QAYDA  

Hazırda oxunan: Asan yolla viza almaq üçün 5 QIZIL QAYDA  

83074

Xaricə səyahət etmək istəyənləri ən çox düşündürən mövzulardan biri də viza almaqdır. Bəzən kimlərinsə viza almaq prosedurunun çətinliyi ilə bağlı fikirləri insanları o qədər qorxudur ki, onlar hətta səyahət niyyətlərindən belə daşınırlar.  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən səyahət üzrə bloger Aysel Əlizadə qeyd edib ki, viza almaq ölkələrə görə dəyişdiyinə görə burada vahid qayda yoxdur:  

“Bu isə bəzən viza almaq istəyən insanlarda xeyli çaşqınlıq yaradır. Həll yolunu isə gedəcəkləri ölkənin viza şərtlərini incələmək əvəzinə, dosta müraciətdə görürlər. Ağızdan-ağıza dəyişik səslənən fikirlər sayəsində isə insanların çaşqınlığı bir az də artmış olur”.  

Uzun müddət etdiyi səyahətlərdən və araşdırmalardan sonra səyahət üzrə bloger Aysel Əlizadənin asan yolla viza almaqla bağlı ümumiləşdirdiyi 5 qızıl qayda isə bunlardır:  

1. Dünyanı qarış-qarış gəzmiş insana belə, ilk vizasını almaq müəyyən qədər çətin görünüb. Bu səbəbdən narahat olmayın. Siz də öz ilk vizanızı alacaqsınız və bununla da bu sahədə müəyyən təcrübə qazanacaqsınız.  

2. Vizanı alacağınız ölkənin səfirliyinin saytına daxil olaraq sənəd siyahısı ilə yaxından tanış olun. Hər bir ölkənin tələbləri fərqli olar bilər. “Dayım oğlu səfər edərkən bu sənədləri hazırlamışdı” , “rəfiqəm filan sənədləri təqdim edərək viza aldı” kimi düşüncələrdən maksimum uzaq olun. Viza almaq üçün mövcud rəsmi səhifələrə və sənəd siyahısına fokuslanın.  

3. Səyahət edəcəyiniz ölkənin səfirliyi ilə sənədləri yığmazdan öncə əlaqə yaradın. Sənəd siyahısı ilə bağlı yaranan bütün suallarınızı onlara ünvanlayın. Gərəkdiyi halda səfirliyi dəfələrlə narahat edin. Unutmayın ki, onların sizin bütün suallarınıza cavab vermə öhdəliyi var.  

4. Çalışın “fake” sənədlərdən istifadə etməyin. Sənədlərinizin maksimum düzgünlüyünə əmin olun. Yadınızda saxlayın ki, sənədləriniz qaydasındadırsa və interpolun axtarışında olan cinayətkar deyilsinizsə, sizə viza veriləcək.  
 

5. Hoteli və biletləri “bron etmək” əvəzinə birbaşa ödəniş edərək almağınızı məsləhət görərdim. Düşünə bilərsiniz ki, nə danışır? Çünki bəzi insanlar öncədən hoteli rezerv etməyə viza almaq təminatı kimi baxırlar və daha sonra qorxuya düşürlər ki, “mənə viza verməsələr, pulum batacaq”.  


Bu anda qayıdırıq birinci bəndə, sakitləşirik və oxumağa davam edirik.

Sənədlərinizin qaydasında olması ilə yanaşı, bütün lazımi bronların ödənişi olduğu halda, vizanızı daha rahat alacaqsınız. Çünki viza verən şəxslərdə sizin haqqınızda artıq sual yaranmayacaq və həqiqətən də, turist olduğunuz aydın olacaq.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO