Audiovizual Şuradan növbəti müsabiqə ELANI 

Audiovizual Şuradan növbəti müsabiqə ELANI 

Hazırda oxunan: Audiovizual Şuradan növbəti müsabiqə ELANI 

83039

Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının alınması üçün iyulun 13-dən üç müsabiqə elan edir. 

Bizim.Media xəbər verir ki, yayımın əhatə zonası ümumölkə olaraq nəzərdə tutulub. 

Müsabiqələrdən birincisi (93.3 MHs) üzrə yayım həyata keçiriləcək radiotezliklər bunlardır: 

Bakı Teleqüllə Kompleksindən - 93.3 MHs 

Ağsu rayonu ərazisindəki "Gülüstan" RTYS-dan - 102.1 MHs 

Lerik rayonu ərazisindəki "Lerik" RTYS-dan - 91.3 MHs 

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 97.1 MHs 

Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan - 93.3 MHs. 

Bundan başqa, Şuranın elan etdiyi ikinci müsabiqə (Bakı-Abşeron 93.0 MHs) üzrə yayım həyata keçiriləcək radiotezliklər bunlardır: 

Bakı Teleqüllə Kompleksindən - 93.0 MHs 

İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 98.8 MHs 

Lerik rayonu ərazisindəki "Lerik" RTYS-dan - 107.5 MHs 

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 96.1 MHs 

Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan - 88.4 MHs. 

Şuranın elan etdiyi digər üçüncü müsabiqə müsabiqə (Bakı-Abşeron 90.7 MHs) üzrə yayım həyata keçiriləcək radiotezliklər bunlardır: 

Bakı Teleqüllə Kompleksindən - 90.7 MHs 

İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs 

Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs 

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs 

Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs 

“Report.az”ın xəbərinə görə, hər üç müsabiqə üzrə sənəd qəbulu 30 iş günü müddətində (23 avqust 2022-c il tarixədək) həyata keçirilir. Bu müddət bitdikdən sonra 10 iş günü ərzində sənədlərə baxılacaq və iddiaçılara müsabiqəyə buraxılmaları haqqında rəsmi məlumat veriləcək. Həmin müddətdən sonrakı 30 iş günü ərzində Azərbaycan Respublikası Audiovizual Şurası müsabiqəni keçirəcək və nəticələrini rəsmi olaraq açıqlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO