Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
MİDA-nın güzəştli mənzil seçiminin nəticələri ləğv edilib, həbs edilənlər var
Qeyd olunub ki, məqsəd Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etməkdir.
Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.
Bizim.Media