Rusiya Federasiyasında Azərbaycan vətəndaşlarına pensiya təyin olunarkən onların Rusiya Federasiyasının ərazilərində ən azı 1 il yaşaması şərtilə, hər iki razılığa gələn tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınacaq.
Bizim.Media xəbər verir ki, bu “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında müzakirəyə çıxarılıb. Yeni qaydalara əsasən, Rusiyada sosial pensiya sığortaolunan şəxsin Azərbaycan qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya qanunvericiliyinə uyğun təyin olunacaq və ödəniləcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda pensiyalarla bağlı YENİLİK VAR
Sənəddə qeyd olunub ki, sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən razılığa gələn tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər razılığa gələn tərəfin ərazisinə köçürüləcək.
Bu müddəalar aşağıdakılara şamil olunmur:
- Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan SSR-nin ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının təsdiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə; - Rusiya Federasiyası üçün – sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya qanunvericiliyinə əsasən, sığorta olunan şəxsin və ya onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığorta olunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən, hesablanmış pensiya məbləğinə.
Sənədə görə Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə alınır.
Qanun layihəsi müzakirələrdən sonra səs çoxluğu ilə qəbul edilib.
Murad Əhmədov, Bizim.Media