İntihar etdiyi deyilən 11 yaşlı uşağın ÖLÜM SƏBƏBİ 

İntihar etdiyi deyilən 11 yaşlı uşağın ÖLÜM SƏBƏBİ 

Hazırda oxunan: İntihar etdiyi deyilən 11 yaşlı uşağın ÖLÜM SƏBƏBİ 

82905

Ötən gün Ağstafanın Xətai rayonunda intihar etdiyi bildirilən 11 yaşlı uşağın bədbəxt hadisə nəticəsində öldüyü məlum olub. 

Bizim.Media xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı 11 yaşlı oğlanın nənəsigilin bağında uşaqlarla oynayarkən boğazına ip dolaşması nəticəsində boğularaq ölməsi müəyyən edilib. 

Belə ki, 2011-ci il təvəllüdlü uşaq Bakıda yaşayıb və yay tətili ilə əlaqədar istirahət məqsədilə Ağstafaya gedib. O, digər uşaqlarla oynayarkən həyətdəki ağaca bərkidilmiş ipə ilişib və ip onun boğazına dolaşaraq bir neçə saniyə içində boğulmasına səbəb olub. 
Orta məktəbin 4-cü sinif şagirdi olan uşağın cənazəsi dəfn edilməsi üçün Ağstafadan Bakıya yola salınıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO