Gəncədə oğrunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Gəncədə oğrunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Gəncədə oğrunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

82714

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə bir nəfər şəxsin mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülməsi, pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb”. 

Bunu Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.
Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılıb. Onlar barəsində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Onu da qeyd edim ki, Əli Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub". 

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun saytımıza verdiyi məlumata görə, mağaza sahibi və onun tanışı da saxlanılıb. Araşdırmalar davam edir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO