Şabrandakı dəhşətli qəza ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO

Şabrandakı dəhşətli qəza ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO

Hazırda oxunan: Şabrandakı dəhşətli qəza ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO

82651

Gəndab-Yalama yolunun Şabran rayonun Gəndab kəndindən keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi (CM-nin 263.2 maddə) açılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz rayon sakini, 65 yaşlı Nazim Səlimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şabran şəhər sakini, 36 yaşlı Aydın Əlif oğlu Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda ağır QƏZA – 3 nəfər öldü - FOTO


Nəticədə hər iki sürücü və Nazim Səlimovun həyat yoldaşı, 52 yaşlı Zülfət Seyfulla qızı Səlimova yerindəcə keçiniblər.

Qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi təyin ediləcək avtotexniki ekspertizadan sonra məlum olacaq.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO