“E-manat” ödəniş sistemi ÇÖKDÜ - Pulu terminalda batan vətəndaşlardan NARAZILIQ

“E-manat” ödəniş sistemi ÇÖKDÜ - Pulu terminalda batan vətəndaşlardan NARAZILIQ

Hazırda oxunan: “E-manat” ödəniş sistemi ÇÖKDÜ - Pulu terminalda batan vətəndaşlardan NARAZILIQ

82615

Ötən gün Azərbaycanın aparıcı ödəniş sistemlərindən biri olan "E-manat" çöküb. Ödəniş terminallarının xidmətindən istifadə zamanı aparatların monitoru sönüb və işində çətinliklər yaranıb. Nəticədə terminala daxil edilən müxtəlif məbləğlərdə pul kütlələri sistemdə oturmayıb. 

Ötən gün xeyli sayda vətəndaş sözügedən terminalların xidmətindən istifadə zamanı analoji problemlə üzləşib.

Xüsusilə “Araz” supermarketlər şəbəkəsinin bir neçə filialındakı terminalların sistemində nasazlıq olduğu ortaya çıxıb. Əməliyyat zamanı terminalın monitorunun sönməsi, aparata daxil edilən pulun köçürüldüyü ünvana çatmaması, üstəlik “E-manat” rəsmilərinin yaranmış problemi araşdırıb 5 iş günündə həll edəcəklərinə dair cavabları  problemlə qarşılaşan vətəndaşları özlərindən çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq 


Narazı vətəndaşlar rəsmi qurumun operatorlarına məbləğin təcili köçürülməli olduğunu qeyd etsələr də, qarşı tərəfdən onlara araşdırmanın nəticəsindən asılı olaraq gözləmə mövqeyində olmaları məsləhət bilinib. Nəticədə vətəndaşlar bank, kommunal, rabitə, kredit və digər ödənişləri həyata keçirə bilməyiblər. 

Məsələ ilə bağlı “E- manat” terminalından Bizim.Media-ya mövqe bildirəcəkləri deyilsə də, qurum sorğumuza cavab vermək üçün geri dönüş etməyib.   

Qeyd edək ki, "E-manat" teminalları "Modenis" MMC-yə məxsusdur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO