Cəbrayılda 9 şirkət

Cəbrayılda 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir

Hazırda oxunan: Cəbrayılda 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir

82609

Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlik statusu almaq istəyən 9 sahibkarlıq subyektinin müracətlərinə baxılır. 

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Elxan Şiriyev bildirib. 

Onun sözlərinə görə, söhbət yerli şirkətlərdən gedir. 

"Onların layihələri əsasən logistika və texniki servis mərkəzlərinin yaradılması, kənd təsərrüfatı texnikasına təmir xidmətlərinin göstərilməsi ilə bağlıdır. "Araz Vadisi İqtisadi Zonası" logistik yerləşməsinə görə, burada TIR parklarının yaradılması, yük avtomobillərinin təmiri mərkəzinin qurulması məsələləri var. Məişət kimya məhsullarının istehsalı ilə bağlı layihə də var", - deyə o Report.az-a bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO