Dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB

82603

Xəzər dənizində batan şəxsin kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sözügedən şəxs Ağdam rayon sakini, Nahid Vüqar oğlu Məstənovdur.

18 yaşlı gəncin meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq dənizdən çıxarılıb.

Xaçmaz  rayon prokurorluğunda araşdırma başlanılıb.

***

Xaçmazda dənizdə bir nəfər batıb. 

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsindən verilən məlumata görə, axtarışlar davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO