İlk təyyarə Zəngilan hava limanına eniş etdi – VİDEO

İlk təyyarə Zəngilan hava limanına eniş etdi – VİDEO

Hazırda oxunan: İlk təyyarə Zəngilan hava limanına eniş etdi – VİDEO

82567

Tikilməkdə olan Zəngilan beynəlxalq hava limanına ilk təyyarə eniş edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.

Xatırladaq ki, hava limanının təməlqoyma mərasimi 2021-ci ilin aprelində keçirilib.

Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. Aeroportun tikintisinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.
Zəngilan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. 3-cü hava limanı isə Laçın rayonunun Qorçu kəndində tikilir.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO