Avtomobillərin texniki baxışdan keçmə qaydası SƏRTLƏŞDİRİLİR

Avtomobillərin texniki baxışdan keçmə qaydası SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Avtomobillərin texniki baxışdan keçmə qaydası SƏRTLƏŞDİRİLİR

82468

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir.

Bizim.Media xəbərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq.

Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO