Yeni tikilən binalarda insan ölümləri artır – SƏBƏB NƏDİR?

Yeni tikilən binalarda insan ölümləri artır – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Yeni tikilən binalarda insan ölümləri artır – SƏBƏB NƏDİR?

82390

Tikintidə təhlükəsizlik qaydaları hələ də aktual olaraq qalır. Təəssüf ki, hələ də tikinti sahəsində bədbəxt hadisələrin şahidi olmaqda davam edirik. Bu günlərdə Xırdalan şəhərində tikinti zamanı işçilərdən biri yıxılaraq həyatını itirib.

Dəfələrlə deyilsə, müəyyən addımlar atılsa da, hələ də problem öz həllini tapmır. Bir sıra hallarda sahibkar və elə işçinin özü təhlükəsizlik tədbirlərinə etinasız yanaşır.

Məsələni Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, tikintidə baş verən bədbəxt hadisələr əsasən nəzarətin zəif olması və maarifləndirmə işlərinin demək olar ki, azparılmamasından qaynaqlanır:
 

MÖVZU İLƏ BAĞLI:

Niyə yanğın hadisəsi ən çox yeni inşa edilmiş binalarda baş verir? - İLGİNC SƏBƏB


“Hər il rəsmi statistika açıqlananda tikintidə bədbəxt hadisə və bu əəsasda həlak olanların sayının artdığını görürük. Təhlükəsizlik qaydalarına əməl olunması üzrə məsuliyyət bölgüsü qanunvericilikdə nəzərdə tutulsa da, nəzarət mexanizmləri zəifdir. Burada həm sahibkarın, həm də əlaqədar nəzarətedici dövlət orqanlarının məsuliyyəti vardır. İşçilərə işə başlanılmamışdan əvvəl treninqlər keçirilməli, onlara təhlükəsizlik qaydaları ilə bağlı bilgilər verilməlidir. Geyim və təhlükəsizlik kəmərlərində olan qüsurlar aradan qaldırılmalıdır. İşçilərin sığortası həyata keçirilməlidir”.

Ekspert qeyd edir ki, əsasən də yay aylarında prosesə nəzarət etmək daha çətin olur:

“Çünki təhlükəsizlik qaydalarına tam əməl etmək üçün daha çox geyim vasitəsindən istifadə edilməlidir. Amma isti yaydaişçilər bunu bəhanə etməklə çox zaman qoruyucu vasitələrdən, kaskadan istifadə etmir. Ona nəzarətin zəif olmasının nəticəsidir ki, tikintidə bədbəxt hadisələr tez-tez baş verməkdə davam edir”. 

Vəziyyətin bu cür olmasına işçilərin maarifləndirilməməsi də təsir göstərir: 

“Əksər hallarda işçilərin təhlükəsizlik qaydalarına necə əməl edilməsilə bağlı ümumi təsəvvürləri belə olmur”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO