Bakının Nəsimi rayonunda qayınata və qayınanasını yandırmaqda ittiham olunan Rövşən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Rövşən Tağıyevə 20 il cəza verilməsini hakim heyətindən tələb edib. Növbəti proses iyulun 15-də keçiriləcək.
İttihama görə, ötən il sentyabrın 19-da saat 4 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bakı şəhər sakini R.Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb. Nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
İstintaq orqanı tərəfindən R.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 04.07.2022
Bakıda qayınata və qayınanasını yandıran kürəkənə 20 il iş istənildi – Qalmaqallı MƏHKƏMƏ
Hazırda oxunan: Bakıda qayınata və qayınanasını yandıran kürəkənə 20 il iş istənildi – Qalmaqallı MƏHKƏMƏ
Hazırda oxunan: Bakıda qayınata və qayınanasını yandıran kürəkənə 20 il iş istənildi – Qalmaqallı MƏHKƏMƏ
82255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.