TƏBİB-dən məşhur marketdəki zəhərlənmə barədə AÇIQLAMA - YENİLƏNİB

TƏBİB-dən məşhur marketdəki zəhərlənmə barədə AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: TƏBİB-dən məşhur marketdəki zəhərlənmə barədə AÇIQLAMA - YENİLƏNİB

82155

Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar.

*** 10:20

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 15-ə yaxın şəxs zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO