Şuşaya gələn macarıstanlı qonaqdan türk dövlətləri ilə bağlı AÇIQLAMA

Şuşaya gələn macarıstanlı qonaqdan türk dövlətləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Şuşaya gələn macarıstanlı qonaqdan türk dövlətləri ilə bağlı AÇIQLAMA

82087

“Şuşa konfransında iştirak etdiyim üçün çox şadam. Düşünürəm ki, bu toplantı ümumi işimizə töhfə verəcək”.

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Macarıstan Ofisinin nümayəndəsi Zsofia Kraus iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

Macarıstan Ofisinin nümayəndəsi diqqətə çatdırıb ki, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması, mövcud əlaqələrin dərinləşdirilməsi qlobal məsələlərin həllində öz köməyini göstərəcək.

Zsofia Kraus bu günlərdə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və kommunikasiya nazirləri arasında imzalanan memorandumun əhəmiyyətindən də danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO