“Bakı- 2015”x9d İlk Avropa Oyunlarından qızıl medalla ayrılan türkiyəli yunan-roma güləşçisi Rza Kayaalp barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məlumatda güləşçinin əsgərlik vəziyyəti ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.
Nazirlik milli güləşçinin əsgərliyə yararlı hesab edildiyini açıqlayıb. Verilən məlumata görə, güləşçi 3 iyul, 2014-cü tarixində bədən çəki indeksinin normalara uyğun olmadığı üçün Keçiören Əsgərlik Şöbəsinə aparılıb, Etimesgut Əsgər Xəstəxanasına sövq edilib.
Etimesgut Əsgər Xəstəxanasının analiz nəticələrinə görə, Rza Kayaalp əsgərliyə yararlıdır. Nazirlik bəzi mətbuat orqanlarının bu barədə yalan məlumat yaydıqlarını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl idmançının əsgərliyə yararlı olmadığı haqda xəbərlər yayılmağa başlayıb. İdmançı özü isə bu məlumatlardan sarsıldığını bildirib.

































































































