Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında burun əməliyyatından dünyasını dəyişən 50 yaşlı Əhməd Kazımovun ölüm səbəbi ilə bağlı açıqlama verib.
Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB rəsmisi Zamira Adilova bildirib ki, 1974-cü il təvəllüdlü xəstə Kazımov Əhməd Seyidağa oğlu ambulator şəraitdə müayinələrdən keçərək 30.06.2022-ci il tarixdə “Burun çəpəri əyriliyi” diaqnozu ilə Septoplastika əməliyyatına götürülüb:
MÖVZU İLƏ BAĞLI:
Burun əməliyyatı etdirən 50 yaşlı pasiyent dövlət xəstəxanasında ÖLÜB – “Narkoz artıq verilib” - ÖZƏL
“Narkoz vaxtı xəstənin vəziyyəti qəflətən pisləşib, əməliyyat dayandırılıb. Xəstədə reanimasion tədbirlər aparılıb və təcili olaraq anesteziologiya reanimasiya şöbəsinə köçürülüb. Reanimasion tədbirlərə baxmayaraq xəstədə saat 12:40-da bioloji ölüm baş verib. Araşdırılma aparılır”.
Alçina Amilqızı, Bizim.Media