Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, Səxavət Məmmədov və Cabir Əsgərov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat miqdarında maddi ziyan vurub.
Saxlanılan şəxslərin Gəncə şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilmir.
Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Gəncə şəhər Baş Polis İdarəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 02.07.2022
Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO
Hazırda oxunan: Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO
Hazırda oxunan: Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO
81942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.