ADA Universitetində “Məzun günü” keçirilib – FOTO  

ADA Universitetində “Məzun günü” keçirilib – FOTO  

Hazırda oxunan: ADA Universitetində “Məzun günü” keçirilib – FOTO  

81890

İyulun 1-də ADA Universitetində “Məzun günü” keçirilib.  

Bizim.Media xəbər verir ki, ümumilikdə 2021-2022-ci akademik il üzrə ADA Universitetində 7 bakalavr və 7 magistr ixtisası üzrə 471 nəfər tələbə məzun olub.  

Həmin məzunlardan 305-i bakalvr proqramlarını, 166-sı isə magistr proqramlarını təmsil edirlər. Məzunlar arasında bu il Azərbaycandan başqa 10 müxtəlif ölkəni təmsil edən 15 nəfər tələbə məzun olur.  

Həmin ölkələr sırasına ABŞ, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Maldiv adaları, Nigeriya, Rusiya Federasiyası, Sudan, Zimbabve daxildir.  

Tədbirin aparıcıları Ülvi Quliyev (Dövlət və ictimai münasibətlər üzrə bakalavr tələbəsi) və Nərmin Tağıyeva (Beynəlxalq münasibətlər üzrə bakalavr məzunu) qonaqları salamlayıblar. Tədbir Universitetdə təhsil alan əcnəbi tələbələrin təmsil etdikləri dövlətlərin bayraqlarını səhnəyə gətirməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.  

Sonra mərasimdə məzunlar adından Aytən Süleymanova (Təlim və tədrisin təşkili və metodikası üzrə magistr məzunu), Elnur Məmmədov (Beynəlxalq münasibətlər üzrə bakalavr məzunu) çıxış edərək ADA-dakı tələbə həyatının yaddaqalan anlarını bölüşüblər.  

Tədbir iştirakçıları ABŞ-ın Corc Vaşinqton Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak tərəfindən məzunlara ünvanlanan video-müraciəti dinləyib.  

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev və Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək məzunları təbrik ediblər.

Təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dekanları Vasili Tkaçev və İqor Turuyev də məzun günündə iştirak edərək onların sevincini bölüşüblər. 
Qeyd edək ki, ADA Universiteti tələbələri iş mühitinə hazırlayaraq onların əmək bazarına keçidini təmin edir. Bu səbəbdən də məzunların məşğulluq dərəcəsi 82% faizdir.  

Səkinə Yusibli, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO