MEDİA bir sıra çap mediası subyektlərinə maliyyə ayırdı - SİYAHI 

MEDİA bir sıra çap mediası subyektlərinə maliyyə ayırdı - SİYAHI 

Hazırda oxunan: MEDİA bir sıra çap mediası subyektlərinə maliyyə ayırdı - SİYAHI 

81862

Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də açıqlanıb. 

Bizim.Media xəbər verir ki, müsabiqədə qalib gəlmiş çap mediası subyektləri aşağıdakılardır: 

Xatırladaq ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş min) manat məbləğində maliyyə yardımı göstərilir.

Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 və 1000 abunəsi üçün müvafiq məbləğdə aylıq bonusun verilməsi nəzərdə tutulur. Bu halda həmin abunə müqavilələrinin surətləri Agentliyə təqdim edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO