Su polisi fəaliyyətini gücləndirir - FOTO

Su polisi fəaliyyətini gücləndirir - FOTO

Hazırda oxunan: Su polisi fəaliyyətini gücləndirir - FOTO

81853

Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir Su Anbarı hövzəsində bioloji resursların qorunması istiqamətində fəaliyyətini gücləndirmək niyyətindədir.  

Bizim.Media-nın məlumatına görə, 2 iyul Polis İşçilərinin peşə bayramı münasibətilə "Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Su Nəqliyyatında Polis İdarəsinin birgə əməkdaşlığının Mingəçevir Su Anbarında bioloji resursların mühafizəsində rolu" mövzusunda elmi nəzəri konfrans keçirilib. 

Konfransda Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir və Şəmkir Polis Xətt Məntəqələri əməkdaşları, 8 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsi, FHN Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daxili su hovzələri uzrə kicikhəcmli gəmilərə nəzarət şöbəsi, şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin pedaqoq mütəxəssisləri iştirak ediblər. 

Çıxışlarda su anbarının bioloji müxtəlifliyi, qanunsuz balıq ovuna qarşı birgə mübarizənin əldə olunan nəticələri və perspektivləri, həmçinin ehtiyatların qorunmasını nəzərdə tutan qanunverici aktlar barədə ətraflı məlumat verilib. 
O da qeyd olunub ki, peşə gününü bayram etməyə hazırlaşan Mingəçevir və Şəmkir Xətt Polis məntəqəsi əməkdaşları son illər ərzində su anbarı hövzəsində bioloji resursların mühafizəsi istiqamətində uğurlu xidmət göstəriblər.  

Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir Xətt Polis Məntəqəsinin rəisi Qalib Rəsulov Bizim.Media-nın yerli bürosuna verdiyi açıqlamada konfransın bütün iştirakçılar üçün faydalı olduğunu bildirib: 

"Hesab edirəm ki, bu müzakirələr və indiyədək əldə olunan müsbət nəticələr bir daha sübut edir ki, su anbarının bioloji resurslarına nəzarəti yalnız birgə əməkdaşlıq sayəsində tam mənasında təmin etmək mümkündür.  
Bunu nəzərə alaraq su polisi bundan sonra Fövqaladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin aidiyyəti qurumları, həmçinin yerli icra strukturları ilə daha sıx əməkdaşlıq içində olmaq niyyətindədir". 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO