Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlının məhkəməsi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. O 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Fuad Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.
Həmçinin, Fuad Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.
Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Fuad Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 01.07.2022
Hüquq-mühafizə orqanı əməkdaşı adından dələduzluq edən şəxsə hökm oxundu
Hazırda oxunan: Hüquq-mühafizə orqanı əməkdaşı adından dələduzluq edən şəxsə hökm oxundu
Hazırda oxunan: Hüquq-mühafizə orqanı əməkdaşı adından dələduzluq edən şəxsə hökm oxundu
81819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.