Uşaq bağçasında OLAY - Azyaşlı xəsarət alıb, müəllim işdə olmayıb

Uşaq bağçasında OLAY - Azyaşlı xəsarət alıb, müəllim işdə olmayıb

Hazırda oxunan: Uşaq bağçasında OLAY - Azyaşlı xəsarət alıb, müəllim işdə olmayıb

81787

Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. 

Qeyd olunub ki, hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib: 

"Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb. 

Report.az-ın məlumatına görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb. 
Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO