Qadını təpiklə çölə atan sürücü işinə BƏRPA OLUNUR? – “Videonu yayanların məqsədi olub”

Qadını təpiklə çölə atan sürücü işinə BƏRPA OLUNUR? – “Videonu yayanların məqsədi olub”

Hazırda oxunan: Qadını təpiklə çölə atan sürücü işinə BƏRPA OLUNUR? – “Videonu yayanların məqsədi olub”

81732

Sumqayıtda 12 saylı marşrut avtobusunda sürücü ilə sərnişin arasında baş vermiş insident icimaiyyətdə ciddi rezonans doğurub. Tərəflərin bir-birinə qarşılıqlı təhqiri və zorakı addımı cəmiyyət hər bir kəsimini düşündürmyə vadar edib.

Kimi xidmət görmək istəyən sərnişini, kimisi isə sərnişini hər zaman məmnun etməyə borclu olan sürücünü haqlı çıxarıb. Nəticə etibarilə yaşı bəlli olan iki yetkin şəxsin zorakılığı təbliğ etmələri olub. 

Məlum hadisə ilə bağlı sürücünün işindən kənarlaşdırılması sosial şəbəkə istifadəçilərini hiddətə gətirib. Xeyli kəsim sürücünün işdən çıxarılmasına qarşı çıxışlar edərək, təhqirlərə cavab olaraq qadını təpiklə avtobusdan çölə atmasına haqq qazandırıb. Hətta sürücünün işə qaytarılması ilə bağlı kampaniya da başladılıb. 

Bəs, məsələnin haqlı tərəfi kimdir? Sürücünün işinə bərpa olunması mümkündürmü?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında insidentlə bağlı yayılan görüntülərin montaj olunduğunu, hadisənin tam və dolğun əks olunmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt avtobusunda əlbəyaxa DAVA – Sürücü qadını avtobusdan çölə ATDI - VİDEO


“Çox güman ki, sürücünün çalışdığı qurum hadisə ilə bağlı təfərrüatlı araşdırma aparıb və onun işdən kənarlaşdırılması nəticəsinə gəlib. Qərarın nə qədər doğru olub-olmadığını sadəcə mülahizə edə bilərik. Fakt kimi yayılan məlum video əsas gətirilir. Halbuki belə deyil. Videonun bizə təqdim edilmiş hissəsi hadisənin başlanmasından çəkilməyib. Videonu hazırlayıb, sosial şəbəkələrdə yayan şəxslər burada hansısa məqsədi güdüblər. Yəqin ki, sürücünün işdən çıxarılmasından sonra onun günahsızlığını sübut etmək məqsədi güdülüb. Videonun əvvəli olmadığı üçün insidentin nədən yaranması məlum deyil. Dava sürücü, yoxsa sərnişin tərəfindən başladılıb, sürücü niyə təhqir edilib, bilmirik. Yaxşı olardı ki, video ictimaiyyətə tam qaydada təqdim olunsun. Bəlkə o insidentdə üçüncü şəxs də olub”.

Ekspert ictimai nəqliyyatda sürücünün sərnişinlərlə davranış reqlamentinin mövcudluğunu xatırladıb:

“Sürücü problemli sərnişinlərlə səbrlə davranmalıdır. Heç bir halda təhqirə təhqirlə, davaya dava ilə cavab verməməlidir. Nümunə olaraq BakuBus sürücülərini göstərə bilərik ki, təmkinlə, sərnişinlə dava etmədən məsələni həll edə biliblər. Təbii ki, reqlamentdən kənar davranan sürücülərin də şahidi oluruq. Belə hallarda isə sürücü günahının ağırlığı dərəcəsindən asılı olaraq işdən azad edilə bilər”.

Qeyd edək ki, hadisə iyunun 23-də Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 12 saylı şəhərdaxili avtobusda yaşanıb. İnsidentlə bağlı görüntülər isə ötən gün yayılıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib.

Daha sonra sürücüyə hücum edərək, ona fiziki zorakılıq göstərib. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan çölə atıb. Qadın yüngül xəsarətlər alıb. 


Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov Bizim.Media-ya açıqlamasında avtobus sürücüsü Amil Kosayevin işdən kənarlaşdığını bildirmişdi. Sözügedən şəxslə növbəti dəfə əlaqə yaratsaq da, zənglərimizə cavab verməyib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO