Şəmkirdə hamilə arvadını və azyaşlı qızını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA 

Şəmkirdə hamilə arvadını və azyaşlı qızını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Şəmkirdə hamilə arvadını və azyaşlı qızını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA 

81698

13.02.2022-ci il tarixdə saat 07 radələrində Şəmkir rayonu Çinarlı kəndi ərazisində birgə yaşadıqları evdə Lalə Həsənova və azyaşlı qızı Qumru Həsənovanın  qəsdən öldürülmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

A​​​​​​parılmış istintaqla müəyyən edilib ki, Elməddin Həsənov çarpayıda yatmış və hamilə vəziyyətində olduğunu bildiyi arvadı Lalə Həsənovaya əvvəllər aralarında baş vermiş mübahisə ilə əlaqədar bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Sonra azyaşlı qızının ona mane olmasından hiddətlənərək həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Qumru Həsənovanı da qəsdən öldürüb.

Elməddin Həsənov Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO