Sosial Xidmətlər Agentliyi 2 ildə hansı işləri görüb? - SON VƏZİYYƏT

Sosial Xidmətlər Agentliyi 2 ildə hansı işləri görüb? - SON VƏZİYYƏT

Hazırda oxunan: Sosial Xidmətlər Agentliyi 2 ildə hansı işləri görüb? - SON VƏZİYYƏT

81682

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 2 il ötür. 

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qurumun 2 illik fəaliyyətində görülən mühüm işlər haqqında Bizim.Media-ya açıqlama verib.

Qurum rəsmisinin sözlərinə görə, ölkədə sosial müdafiə sahəsinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dövlət dəstəyinin əhatəliliyinin və əlçatanlığının maksimuma çatdırılması yönündə davamlı addımlar atılır:

“Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyəti həyata keçirir. Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 12 filialı və 13 müəssisəsi ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar və stasionar xidmətlər göstərilir.

Ötən dövrdə xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin olunması məqsədilə müxtəlif sosial layihələr icra edilib, yeni xidmət mərkəzləri(Abşeron Sosial Xidmət Mərkəzi, Günərzi Qayğı Mərkəzi) və Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin açılış olub.
Eləcə də 0-6 yaş sağlamlıq imkanları məhdud uşaqların səyyar sosial reabilitasiyası xidməti fəaliyyətə başlayıb və Bakının bütün rayonlarını əhatə edib. Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli Fərmanı ilə 1 noyabr, 2022-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək himayədar ailə qayğı modelinin tətbiqi ilə bağlı işlər həyata keçirilir”, - deyə qeyd edən M.Həşimov agentliyin ötən dövrdəki fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumilikdə 80 mindən çox şəxsi müxtəlif sosial xidmətlərlə təmin edildiyini bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO