Xətai rayonundakı parkın açılışı niyə gecikir? – SƏBƏB

Xətai rayonundakı parkın açılışı niyə gecikir? – SƏBƏB

Hazırda oxunan: Xətai rayonundakı parkın açılışı niyə gecikir? – SƏBƏB

81529

Paytaxtımızın tanınmış istirahət itirahət guşələrindən biri də Xətai rayonu, Ukrayna dairəsindəki Heydər Əliyev parkıdır. Hər zaman bu park sakinlərin sevimli itirahət məkanı olub. 

Lakin bir müddət əvvəl park əsaslı təmirə dayanıb. Ərazidə yeni abadlıq işləri aparılıb.

Sakinlərin istirahəti üçün parkda bütün zəruri tədbirlər görülüb. Yeni yaşıllıq zolaqları salınıb, oturacaqlar quraşdırılıb. Hətta hərəkətin təhlükəsizliyi üçün yerüstü piyada keçidi də inşa edilib.

Təmir-tikinti işləri yekunlaşdırılsa da park hələki, öz qapılarını sakinlərin üzünə açmayıb.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media-ya bildirildi ki, “Heydər Əliyev parkının açılışı obyektiv səbəblər üzündən gecikir.

Amma ən yaxın günlərdə parkın yüksək səviyyəli açılışı olacaq. Ona görə də narahatçılığa heç bir əsas yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO