On birinci mərtəbədən düşərək həlak olan tanınmış ginekoloq Xalidə Kəngərlinin ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar ortaya atılır.
Mərhumun yaxın rəfiqələrinin və qohumlarının iddiasına görə ginekoloq həyat yoldaşı ilə boşanma ərəfəsində olub.
Hətta ailənin boşanma ilə bağlı məhkəməyə müraciət etdiyi də söylənilir. Rəfiqələrinin dediyinə görə həyat yoldaşının psixoloji problemləri olub və mütəmadi olaraq Xalidə Kəngərliyə fiziki zorakılıq göstərib.
MÖVZU İLƏ BAĞLI:
Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"
Digər məlumata görə Xalidə Kəngərlinin həyat yoldaşı Gömrük Komitəsində çalışır.
Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Bizim.Media-ya açıqlamasında həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Gömrük Komitəsində çalışdığını təsdiqləyib. O, bildirib ki, Rüfət Kəngərli Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru vəzifəsində çalışır.
Alçina Amilqızı, Bizim.Media