Cəlilabadda qəzada ölənin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

Cəlilabadda qəzada ölənin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Cəlilabadda qəzada ölənin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

81524

Cəlilabadda baş verən qəzada ölən şəxsin kimliyi məlum oldu. 

Bizim.Media xəbər verir ki, o, 18 yaşlı Cəlilabad rayon Sabirabad kənd sakini Məhəmmədov Dünyamalı İslam oğludur.

14.54***

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara maqistralının 149 kilometrliyində, Cəlilabadın Göytəpə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.  

Lənkəran istiqamətində hərəkətdə olan “SANTAFE” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olan “VAZ 21 07“ markalı avtomobil toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. İki nəfər isə yaralanıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO