Oğurladıqları inşaat mallarını satan dəstə üzvləri ələ keçdi

Oğurladıqları inşaat mallarını satan dəstə üzvləri ələ keçdi

Hazırda oxunan: Oğurladıqları inşaat mallarını satan dəstə üzvləri ələ keçdi

81515

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən ümumi dəyəri 5865 manat olan müxtəlif tikinti və ev əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nazim Alıyev, Rüstəm Əliyev və ceyhun Cəfərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək oğruladıqları əşyaları satdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO