“Müharibə veteranlarının müavinətini 80 manatdan 130-150 manata qədər artırmaq olar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
Deputat əlavə edib ki, bu vəsaitlə müharibə veteranları kommunal və nəqliyyat xərclərini ödəsinlər:
“Biz kommunal və nəqliyyat qiymətlərinə baxanda görə bilərik ki, qiymətlər bir neçə dəfə artıb. Vaxtında 80 manat bunu əhatə edirdisə, indi etmir. Biz bu müavinətləri artırmalıyıq ki, müharibə veteranlarına diqqət və qayğımızım yeni nümunəsini göstərək.
Eyni zamanda, biz Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında fərq qoymamalıyıq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 28.06.2022
Siyavuş Novruzov: “Müharibə veteranlarının müavinəti 150 manat olsun”
Hazırda oxunan: Siyavuş Novruzov: “Müharibə veteranlarının müavinəti 150 manat olsun”
Hazırda oxunan: Siyavuş Novruzov: “Müharibə veteranlarının müavinəti 150 manat olsun”
81295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.