İƏT turizm nazirləri Şuşaya səfər edəcəklər

İƏT turizm nazirləri Şuşaya səfər edəcəklər

Hazırda oxunan: İƏT turizm nazirləri Şuşaya səfər edəcəklər

81270

“Biz İƏT-ə üzv ölkələrlə ikitərəfli münasibətlərimizə xüsusi diqqət yetiririk”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasında çıxışı zamanı deyib. 

O bildirib ki, bu gün Azərbaycana səfər edən turistlərin 55 faizini İƏT ölkələrindən gələnlər təşkil edir: 

"Pandemiya turizmə böyük zərər vurub. Post-pandemiya bu sahənin inkişafı üçün yeni çağırışlar dövrüdür. Qarşılıqlı fəaliyyətlərimiz turizmin dayanıqlılığını gücləndirməyə imkan verəcək”. 

Agentlik sədri deyib ki, Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını azad edib: 

“Lakin bu müddət ərzində Qarabağın mədəni, dini abidələrinin əksəriyyəti məhv edilib. Hazırda işğaldan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa-quruculuq işləri aparılır. Sabah Şuşaya səfərimiz zamanı görülən quruculuq işləri ilə tanış ola biləcəksiniz". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO