Qubada kanala düşən avtomaşın çıxarıldı -  Bir nəfərin meyiti axtarılır -  YENİLƏNİB - ÖZƏL

Qubada kanala düşən avtomaşın çıxarıldı -  Bir nəfərin meyiti axtarılır -  YENİLƏNİB - ÖZƏL

Hazırda oxunan: Qubada kanala düşən avtomaşın çıxarıldı -  Bir nəfərin meyiti axtarılır -  YENİLƏNİB - ÖZƏL

81242

Qubanın Qımılqışlaq kənd sakini, 28 yaşlı Sərxan Bəhram oğlu Əlixanov idarə etdiyi "Ford" tranzit markalı avtomaşınla Qımılqışlaq kəndindən gələrkən kanalın üstündəki körpüdən Samur-Abşeron kanalına düşüb. 

Bizim.Media xəbər verir ki, bu zaman  sürücü və sərnişini  avtomaşının qapılarını aça biliblər. Sürücü birtəhər ərazidəki insanların köməyi ilə sudan çıxa bilsə də sərnişin, Xaçmazın Qımılqışlaq kənd sakini, 27 yaşlı Rəvan Zakir oğlu Əmirov çıxa bilməyib. Sürətlə axan su avtomaşını da, sərnişin Rəvan Əmirovu da aparıb.

Hazırda əraziidə kanal boyu FHN-in və Quba rayon polis şöbəsinin əməkdaşları axtarışlar aparır.

*** 00:33

 

Gecə saatlarında Qubada Samur-Abşeron kanalına  düşən "Ford Tranzit"markalı avtomaşın tapılaraq sudan çıxarılıb.

Bizim.Media xəbər verir ki, avtomaşında olan sərnişin, 27 yaşlı Xaçmaz sakini Rəvan Əmirovun meyitini isə hələ tapmaq mümkün olmayıb.

Hazırda suyun tam kəsilməsi gözlənilir. FHN-in dağıc-axtarış qrupu axtarışları yenidən davam etdirəcək. Gecə saatlarında sakinlər, mərhumun ailə üzvləri və polis əməkdaşları kanal boyu axtarışlar aparıblar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO