Avropa Oyunlarına sayılı saatlar qalan bir vaxtda Qubanın beş ucqar dağlıq yaşayış məntəqəsinə internet verilib.xa0
Ans tv-nin məlumatına görə, bu məqsədlə Xınalıq kəndindəki ATS-də 48 yerlik portu olan internet avadanlıqı quraşdırılıb. Qubanın rayon mərkəzindən 57 km aralıda yerləşən Xınalıq kəndindəki ATS 156 sakinə telefon xidməti göstərir. Bundan sonra isə 18 Xınalıq sakini internetdən istifadə edərək, dünyaya çıxış əldə edə biləcək.
Xınalıq sakinləri kəndə internetin ötürülməsini müsbət hal kimi qiymətləndirirlər.
“Bütün gənclər internetin olmasını istəyirdilər. Bununla bağlı onlar aidiyyatı qurumlara müraciət etdilər. Nəticədə aidiyyatı qurum da öz nəvbəsində müraciəti müsbət dəyərləndiridi. Mən özüm axşam evə gələndə Surqutdakı qardaşımla danışmışam”x9d, ”“ deyə kənd sakini Ənvər Məmmədov bildirib.
“Əlavə imkanlar yarandıqda 12 və 28-lik avadanlıqda burada quraşdırılacaq. 4 ay müddətində - Xaltan, Yerfi, Söhüb, Əlik və Xınalıq kəndlərinə, eləcə də onların əhatə dairəsində olan kəndlər internetlə təmin edildi ”x9d, ”“ deyə Quba TKQ-nin rəisi Kamran Əhmədov qeyd edib.
Bu arada Xınalığa çəkilən internetin imkanlarından istifadə etməklə hazırladığım sujeti internetlə göndərdim.






























































































