60 yaşlı kişini at dişlədi - ZAQATALADA

60 yaşlı kişini at dişlədi - ZAQATALADA

Hazırda oxunan: 60 yaşlı kişini at dişlədi - ZAQATALADA

81217

Zaqatala rayonunda 60 yaşlı kişini at dişləyib.

Bizim.Media xəbər verir ki, bu gün günorta saatlarında rayonun Aşağı Tala kənd sakini 1962-ci il təvəllüdlü Vaqif Əhmədiyyə oğlu Ramazanov alın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Ramazanovu qohumlarına məxsus atın dişlədiyi məlum olub. V. Ramazanovun yaraları cərrahi yolla tikilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Rayonun Dağlı kənd sakini 1998-ci il təvəllüdlü İsmayıl Davud oğlu Rəsulov isə sağ kürəyin it dişləməsi xəsarəti ilə Zaqatala RMX-a müraciət edib. APA.az-ın məlumatına görə, Rəsulova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO