Laçın rayonunun Qorçu kəndi ərazisində inşa edilən aeroportun tikintisi davam edir. AzTV bununla bağlı reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, telekanalın müxbiri xatırladır ki, işğaldan azad edilən ərazilərdə 3 beynəlxalq hava limanının tikintisi nəzərdə tutulub.
“Onlardan birincisi, Füzuli hava limanı artıq istifadəyə verilib. Zəngilan hava limanı bu ilin sentyabrında, Laçın hava limanı isə sərnişinlərini 2024-cü ildə qəbul edəcək”, deyə o, qeyd edib.
Yeri gəlmişkən, Laçın Beynəlxalq Hava Limanının təməli ötən il avqustun 16-da qoyulub.
Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bizim.Media