“Füzulidə erməni əsgərlərinin yarasını sarıdım” – 44 günlük müharibənin AĞ XALATLI QƏHRƏMANLARI

“Füzulidə erməni əsgərlərinin yarasını sarıdım” – 44 günlük müharibənin AĞ XALATLI QƏHRƏMANLARI

Hazırda oxunan: “Füzulidə erməni əsgərlərinin yarasını sarıdım” – 44 günlük müharibənin AĞ XALATLI QƏHRƏMANLARI

81023

“Ermənilər Füzulini cəhənnəmə çevirmişdilər. Sanki, 1941-45 müharibəsindəki “Kiçik torpaq” – Krımdakı Kerç uğrunda döyüşlərə bənzəyirdi. Dörd yanımız mərmi, gilizlər və yaralılar idi. Cəbhə xəttinin düşmən müdafiə səddinin ən sərt hissələri məhz bu bölgədə yerləşirdi. Mənim də döyüş yolum bu cəhənnəmdən başladı”.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin təcrübəli həkimi Anar Gümayev danışır. O deyir ki, Vətən müharibəsi başlayan kimi könüllü yazıldım:

“Amma 3 gün sonra gedə bildim. Həmin gün atam rəhmətə getdi. Valideyndən əziz insana ən yaxın kim ola bilər ki? Şükür atamı torpağa tapşırmağa fürsətim oldu”.

Doktor deyir ki, bu gün də hesab edirəm ki, ən doğru addımı atmışam. Həmin günlərdə əsgərlərimizlə çiyin-çiyinə olmaq indi ən qürurlu ömür səhifələrimdəndir:

"Füzulidə yanımıza Smerç raketləri düşümüşdü, xoşbəxtlikdən bir neçəsi partlamadı, şəxsi heyət ərazidən itkisiz çıxara bilmişdik. Mən 4-cü taborun tibb xidməti rəisi olan baş leytenant kimi həm əldə silahla həmkarlarımla bərabər müdafiə olunmalı, həm də gözüm hər əsgərin üstündə olmalıydı. Hara mərmi düşürdüsə, ora boylanıb vəziyyəti müşahidə edirdim”. 

Anar Gümayev deyir ki, döyüşlərdə xeyli yaralı erməni əsgərinə də yardım edirdik. Əsir düşmüş erməni əsgərləri ilə ən yüksək səviyyədə qaydalara uyğun davranırdıq:

“Erməni əsgərinin yarasını sarıyanda bir həkim, bir insan və əsas da əsil Azərbaycanlı kimi alicənablıq nümayiş etdirirdik. Təsəvvür edin, o ağır günlərdə düşmənə yardım etmək nə deməkdir. Bu ruh məsəlsəidir, əsil türk ruhu, islam mədəniyyəti, acizə, yaarlıuya, təslim olmuş adama əl qaldırmaq qədər aciz deyildik, elə bur uh da bizi Böyük Qələbəyə apardı".

Anar həkim döyüş günlərində bir sıra uğurlu sınaqlarda həyata keçirib, öyrəndiyi bəzi mütərəqqi təcili tibbi yardım qaydaları uğurlu nəticələr verib, bu təcrübəni orada çalışan həmkarlarına da təlim edib. “Fizulinin azadlığına görə” medalı və digər mükafatlarla təltif olunub.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

 

 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO