Təcridxananın qarşısında dayanan

Təcridxananın qarşısında dayanan "Prius"da narkotik aşkarlandı

Hazırda oxunan: Təcridxananın qarşısında dayanan "Prius"da narkotik aşkarlandı

80982

Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Pentensiar Xidmətdən Bizim.Media-ya bildirilib ki, Bakı İstintaq Təcridxanasının qarşısında dayanmış “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan vətəndaş Məmmədov Pərviz İlham oğlu özünü şübhəli apardığına görə hadisə yerinə Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub. 

Həmin şəxsin üzərində və oturduğu avtomaşına baxış keçirilən zaman 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO