Erkən nikahla bağlı polis idarələrinə tapşırıq verildi

Erkən nikahla bağlı polis idarələrinə tapşırıq verildi

Hazırda oxunan: Erkən nikahla bağlı polis idarələrinə tapşırıq verildi

80947

Azərbaycanın polis idarə və şöbələrinə erkən nikahla bağlı xüsusi göstəriş verilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsindən ölkənin bütün polis idarə və şöbələrinə xüsusi göstəriş göndərilib. 

Göstəriş bölgələrdə erkən nikah hallarının qarşısının alınması ilə bağlıdır.  
 
Bölgələrdə polis əməkdaşları erkən nikahların qarşısının alınması üçün məktəblərdə maarifləndirici tədbirlər keçirir, erkən nikahın gələcəkdə fiziki və mənəvi sağlamlıq üçün ciddi təhlükə olduğu barədə xəbərdarlıq edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazax rayonunda 2, Sabirabad rayonunda isə 1 erkən nikahın qarşısını alınıb. Daxil olan məlumat əsasında polis əməkdaşlarının cəlb olunması nəticəsində yeniyetmə qızlar üçün qurulan toy çadırları sökülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO