Tərtərdə evlənmək üçün qaçan 21 yaşlı qız tapıldı  

Tərtərdə evlənmək üçün qaçan 21 yaşlı qız tapıldı  

Hazırda oxunan: Tərtərdə evlənmək üçün qaçan 21 yaşlı qız tapıldı  

80930

Tərtərdə naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırıldığı iddia edilən 21 yaşlı qız tapılıb. 

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyənləşdirilərək Polis Şöbəsinə dəvət edilib: 

“Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”. 
Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə mətbuatda məlumat dərc edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO